Axundun oğlu içkili halda avtomobili idarə etdiyi üçün saxlandı – Zərdabda

Zərdabda axundun oğlu saxlanılıb. Reportyor.info xəbər verir ki, APA-nın xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi 10 LF 572 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb.
Qeyd edək ki, M.Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.