Yevlaxda “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının rayon birinciliyi keçirilib – FOTO

Yevlax Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının Yevlax rayon birinciliyi keçirildi.

İstixeber.info xəbər verir ki, oyunun açılışında Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Tural İsmayılov açaraq ölkə rəhbəri İlham Əliyevin gənclərin inkişafına gösrtərdiyi diqqət və qayğıdan bəhs etdi, yarış iştirakçılarına uğurlar arzuladı.
Daha sonra şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev çıxış edərək Yevlax rayonunda gənclərin intellektual inkişafı istiqamətində atılan addımlardan danışdı, şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevə rayonda gənclərə yaratdığı şəraitə görə təşəkkürünü bildirdi.
Daha sonra Kür qəzetinin baş redaktoru Əminə Yusifqızı çıxış edərək hər bir iştirakçıya uğurlar arzuladı.

Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə də öz növbəsində iştirakçılara uğurlar dilədi. Bilik yarışının nəticəsi olaraq Yevlax şəhər 9 saylı tam orta məktəbin komandası I yerə, Yevlax şəhər 4 saylı tam orta məktəbin komandası II yerə, Yevlax rayon Aran 2 tam orta məktəbin III yerə komandası layiq görüldülər

.93bd24055d36b808515716fcb5358add107

dcf729f558f8e63f62731317d976c383133

1a9cffd24bb8ce3e42ddc39faede8621123

d7add52830f1b11843d272de00b36ff2142

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.