Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Xaldan sakinləri ilə növbəti səyyari görüş keçirib – FOTO

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Xaldan kəndində səyyar görüş keçirmişdir.

İstixeber.info xəbər verir ki, görüşdə rayon rəhbəri çıxış edərək prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hər bir regionunun günü gündən inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir.

Kənd sakinləri söz alaraq kəndə elektrik eberjisi verilməsini təmin edən dirəklərin dəyişdirilməsi, işlə təmin olmaqla bağlı , həyətyanı torpaq verilməsi, ünvanlı sosial yardım təyin edilmısi ilə bağlı xahiş etmişlər. Xahişlərin bir hissəsi rayon rəhbərinin göstərişi ilə dərhal həll olunub. Bəzi məsələlər haqqında isə qanunamüvafiq izahat verildi. İcra başçısı tərəfindən, səsləndirilmiş mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar, tövsiyyələr verilmişdir.

Görüşün sonunda kənd sakinləri ölkəmizin inkişafı və insanların sosial vəziyyətinin yaxşılaşdırdığı üçün ölkə rəhbəri İlham Əliyevə minnətdarlıq etmişlər.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.