“ABŞ 5-10 min dığaya maliyyə yardımı göstərir ki, silahlanıb yeni-yeni soyqırımlar törətsinlər?!”- Millət vəkili

15742383061

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Vaşinqtonun mövqeyi barədə məlumat verib. Səfir sosial şəbəkədə canlı yayım zamanı “Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?” sualına belə cavab verib: “Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Həmçinin bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Atdığımız addımlar Helsinki Yekun Aktı çərçivəsindədir. Bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulamaq istərdim. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq”.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Məmmədov bildirib ki, ABŞ səfirinin müsahibəsi tamamilə Amerikanın bu məsələ ilə bağlı siyasətini özündə əks etdirir: “Burada təəccüblü bir şey yoxdur. Demokratiyadan, insan hüquqlarından danışan ABŞ 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalda törətdikləri soyqırımdan sonra Ermənistana yox, Azərbaycana qarşı iqtisadi sanksiya tədbiq etdi. 28 ilə yaxındır ki, tanınmamış, cinayətkar, terrorçu qurum Qondarma Dağlıq Qarabağ Respublikasına hər il Ermənistandan əlavə maliyyə yardımı ayırır. Budurmu ABŞ-ın ədaləti, demokratiyası, insan hüquqlarının qoruması? 5-10 min dığaya maliyyə yardımı göstərir ki, onlar yaxşı yaşayıb, silahlanıb yeni yeni soyqırımlar törətsinlər. Onların cinayətkar əməllərinə görə bir milyondan artıq insanın bütün hüquqları pozulub. Bu günə kimi ABŞ ermənilərə bizə qarşı törətdikləri vəhşiliklərə görə hər hansı bir sanksiya tədbiq edibmi? Əlbəttə xeyir. Bu yaxınlarda tanınmamış separatçı qurumun rəhbərlərini dəvət edib, konqresində, senatında və digər rəsmi, qeyri-rəsmi qurumlarında dinləmələr keçirdi. Onlara əlavə köməklər edib, ilhamlandırdı. Sanki düz ediblərmiş kimi və ya bundan artığını da edə bilərsiniz, biz sizin arxanızdayıq. ABŞ dünyanın böyük dövlətlərindən biridir. Bu dövlət BMT-nin Təhlükəsizlik Şurasının aparıcı 5 dövlətindən biri hesab olunur. ABŞ Dağlıq məsələsində həllində vasitəçi dövlət mandatına malikdir. Ona görə də o tərəfsiz mövqedə dayanmalıdır. Ancaq onlar hər zaman ermənilərin tərəfindədirlər. Sanki bu işğala bəraət qazandırıb, həmişə kömək edirlər”.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.