Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Bu küçədə nə yol var, nə də içməli su – FOTO

Bərdə rayonunda 10 ildən çoxdur salınan yaşayış massivində sakinlər yol və içməli sudan əziyyət çəkirlər.

Regionxeberleri.com bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonunun Güloğlular kəndi ərazisində Yeni Bakı küçəsində yol və içməli su problemi illərdir ki, davam edir.

Onlar rayonun mərkəzinə yaxın ərazidə yaşasalar da, evlərinə çatmaları xeyli vaxt aparır. Buna səbəb isə küçə yollarının bərbad və çala-çuxurlu olmasıdır.

Yerli sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib.

Qəsəbə sakini Şamxal Adıgözəlov bildirir ki, bununla bağlı “Azərbaycan Avtomobil Yolları” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun rayonlarda keçirdiyi qəbulda iştirak edərək vəziyyəti sakinlər adından sədrə bildirib. S.Məmmədov yolun qısa zamanda düzələcəyinə söz versə də, keçirilən qəbuldan bir neçə ay keçməsinə baxmayaraq, yol hələ də düzəlməyib.

Sakinlər bir neçə dəfə şəxsi vəsaitləri hesabına yola çay daşı və çınqıl tökdürüb, problemi qısamüddətli həll edib. Amma az müddətdən sonra yol yenidən sıradan çıxıb.

500-ə yaxın ailənin yaşadığı küçədə yoldan başqa, içməli su da problemə çevrilib. Burada, ümumiyətlə, içməli su yoxdur. Onlar məişət ehtiyacları üçün quyu sularından istifadə edir.

Vəziyyət yay aylarında xüsusilə daha da çətin olur. Onlar məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovla da görüşüblər. Cəmiyyət sədri problemin yaxın zamanlarda həll ediləcəyini bildirib. Yeni Bakı küçəsinin sakinləri vəziyyətin tezliklə öz həllini tapacağına ümidlidirlər.

1572690352_s1

1572690378_s5

    Oxunma sayı (16)

Pin It

Şərh üçün bağlıdır.