BƏRDƏDƏ “Amminal” partladı, yaralılar var

Bərdə rayonunda “Amminal” partlayıcı vasitəsi partlayıb.
Hadisə Arabaçılar kəndində qeydə alınıb.

Belə ki, partlayıcı vasitə olan “Amminal” ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb. Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Aminal” partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur. /report.az

Pin It

Şərh üçün bağlıdır.