2-Cİ QRUP ƏLİL BƏRDƏDƏKİ MƏMURDAN PREZİDENTƏ ŞİKAYƏT MƏKTUBU ÜNVANLADI

Hörmətli cənab prezident.

Mən bir qanunsevər və intizamlı vətəndaş olaraq daim dövlətimizin qanunlarına sayğılı davranan, 2-ci qrup əlil Bayramov Vüsal Rafiq oğlu Bərdə şəhərində yaşayıram. 130 manat pensiya alıram. Sizin özəlləşdirməklə bağlı əmirdən məndə ruhlanıb bankdan kredit götürüb H.Əliyev 77 ünvanında 12.5 kvm olan qeyri yaşayış sahəsindən bir yer aldım. Ancaq əlimdə bütün sənədlər ola-ola Meşə Elmi Tədqiqat İnstutunun Bərdə filialının direktoru Musa Yaqub oğlu Şükürov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim hərrac yolu ilə aldığım yerimdən çıxmır. Mənə deyir ki, get əlin hara qəlbidir get qoy ora. Mən çıxmıram.

Bununla baglı Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə zəng edib Meşə Elmi Tədqiqat İnstutunun Bərdə filialının qeyri qanuni mənim yerimdə oturduqun bildirdim hələdə nazirlikdəm müsbət cavab almamışam.

Cənab Prezident sizin imzaladığınız fərmanı Musa Şükürov vecinə almır. Sanki bu fərmanın ona heç bir aidiyyatı yoxdur. İndi mən hara müraciət edim ki, hərrac yolu ilə kredit götürüb aıdığım obyektdən bu qanuna məhəl qoymayan məmuru çıxardım. Əgər hər hansı bir məmur ölkə Prezidentinin fərmanına qarşı çıxırsa bu məmura necə məmur deyəsən.

Cənab Prezident sizdən artıq dərəcədə xahiş eirəm ki, hərrac yolu ilə aldığım bu obyektdən Şükürov Musanın çıxması üçün mənə köməklik edəsiniz.

    Oxunma sayı (13)

Pin It

Şərh üçün bağlıdır.