Ərdoğan sabah Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.

O, Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.

Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.