Türkiyəli nazir Suriya ilə sərhədə GETDİ

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar və komandirlər “Barış bulağı” hərəkatı çərçivəsində həyata keçirilən əməliyyatları yerindəcə öyrənmək üçün sərhəddə olublar.
“Ölkə.Az” xəbər verir ki, “Barış bulağı” hərəkatının qərargahına gələn nazir zabitləri salamlayaraq vəziyyətlə yerindəcə tanış olublar.

Jurnalistlərə açıqlama verən nazir H. Akar: ” Türk ordusunun keçirdiyi əməliyyat zamanı ABŞ və koalisiya qüvvələrinin vurulması müzakirə predmeti deyil. Onsuz qərargahımızla ABŞ hərbçiləri arasında lazımi koordinasiya işləri həyata keçirilir. Vətənimiz və millətimiz naminə biz bir daha qələbə əldə edəcəyik”.

Türkiyə mediasının verdiyi xəbərə görə, “Barış bulağı” əməliyyatı çərçivəsində indiyədək 415 terrorçunun məhv edildiyi bildirilir. Artıq Türk ordusunun M4 magistralını nəzarətə götürüb. Həyata keçirilən əməliyyat nəticəsində bir çox yaşayış məntəqələri PYD/YPG terrorçularından təmizlənib.

    Oxunma sayı (2)

Pin It

Şərh üçün bağlıdır.