Siyəzən polisi şəhid ailəsinə işgəncə verib-ŞİKAYƏT

RegionXeberleri.com-un elektron poçtuna Siyəzən şəhəri Fizuli küçəsi ev 5-də yaşayan şəhid ailəsi Ramazanov Pərviz Yaşar oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş Siyəzən polislərinin ona verdiyi işgəncə və etdikləri qanunsuzluqlar barədə mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanlayır.
“Cənab Prezident yazıb sizə bildirmək istəyirəm ki,Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlar polis leytenantı Cahangir Ağayev, polis serjantları Nazim Qasımov, Musa Musayev 24 Sentybar 2019-cu il tarixdə məni qanunsuz həbs etdilər.Səbəb isə Siyəzən şəhərinin mərkəzində yerləşən,mənim istifadəmdə olan təsərrüfat malları maqazinindən aldığı 340 manat nisyə malin pulunu polis leytenantı Cahangir Ağayevdən istəməyim oldu.
Cahangir Ağayev uca səslə üstümə qışıqıraraq “sənə pul verməyəcəm get hara şikayət edirsən et’’ deyərək bildirdikdə,mən ondan şikayət edəcəyimi dedim .Bundan sonra polis leytenantı Cahangir Ağayev post-patrul çağırdı.Ora gələn polislər azyaşlı oğlumun gözləri qarşısında mənə fiziki zor tətbiq edərək qollarımı burub sürüyə-sürüyə post-patrul maşınına zorla basaraq Siyəzən rayon polis şöbəsinə aparmışdılar.Mən Siyəzən RPŞ-də olarkən onlara etiraz edərək uca səslə mən milli qəhraman şəhid ailəsiyəm heç olmasa ona hörmət qoyun belə etməyin bu ən azından ayıbdır insanlığa belə sığmır dedikdə polis serjantı Nazim Qasımov üstümə qışqıraraq ’’Əəəəəəə bezdirdine artıq nə şəhid-şəhid,milli qəhrəman-milli qəhrəman ailəsiyəm salmısane burda, Azərbaycanda şəhid zibil kimidir bu dəqiqə demək olar ki,hər evdən şəhid var deyərək şəhidlərimizin,milli qəhrəmanlarımızın ünvanına yaraşmayan ifadələrlə onların ruhlarını kobud şəkildə təhqir etmişdir. Nəhayət onlar məni polis şöbəsində şillə qapazla vurub döydükdən sonra mənə bildirdilər ki, ’’buradan çıxan yerin yoxdur 2000 (iki min) manat verməlisən ki,səni sərbəst buraxaq,əks təqirdə,cibinə narkotik atıb səni həbsə göndərəcəyik”.
Mən əlacsız qalıb,2000 (iki min) manat borc pul götürüb onlara verdikdən sonra evə buraxılmışam.Mən evə buraxıldıqdan sonra etdiyimiz şikayətlərdən sonra Siyəzən RPŞ-nin rəisi Valik Vəlimətov məni yanına çağırıb dedi ki,’’Verdiyin pulunu qaytazdıracam xahiş edirəm sən daha səs-küy salma heç yerə də şikayət etmə. Sonradan,məndən aldıqları 2000 (iki min) manatı Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Ramin Zeynalovun vasitəsi ilə mənə verdilər.
Hörmətli Prezientimiz polis adına yaraşmayan polis adına ləkə olan Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlar polis leytenantı Cahangir Ağayevin, polis serjantları Nazim Qasımovun, Musa Musayevin azğınlaşmış hərəkətləri barəsində təsirli tədbirlərin görülməsi üçün bu məsələnin tərəfinizdən nəzarətə götürülərək aidiyyatı orqanlara öz tapşrıqlarınızı verməyinizi sizdən xahiş edirəm”.

Yazıda adları göstərilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq…

RegionXeberleri.com

    Oxunma sayı (51)

Pin It

Şərh üçün bağlıdır.