Azərbaycanlı şəxs Antalyada belə bıçaqlandı — VİDEO

Antalyada azərbaycanlı Hacı Elbrus Hacılının bıçaqlandığı anın görüntüləri yayılıb.
“Ölkə.Az”ın xəbərinə görə, hadisə Konyaaltı rayonununda baş verib.

Hacılı ilə çərkəz əsilli şəxs arasında mübahisə yaranıb. Bu zaman şübhəli bilinən çərkəz əsilli şəxs cibindəki bıçağı çıxararaq, Hacılını ayağından bıçaqlayıb.

Ayağından yaralanan azərbaycanlı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Cinayəti törədən şəxsin isə yaxalanması üçün axtarışlar davam edir.

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.