Bu böyük mənəvi rahatlıqdır – Əli Əhmədov

“Bu gün Yeni Azərbaycan Partiyasının ən nəcib layihələrdən biri baş tutdu – çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi”.

Rakus.az xəbər verir ki, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov sosial şəbəkədə bildirib.

Qeyd edib ki, ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur. Bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil.

Sonda bildirib ki, bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə – gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.