Bakıda DƏHŞƏT: ər arvadına 14, baldızına 5 bıçaq zərbəsi vurdu

Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.
Daha sonra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.
Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Həkimlərin APA -ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.
Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.