Lənkəranda qəzada ölən və yaralananların adları bəlli oldu – FOTO – YENİLƏNİB

Lənkəranda qəzaya düşən şəxslərdən biri də dünyasını dəyişib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, qəzada xəsarət alanların adları bəlli olub. Belə ki, 1996-cı il təvəllüdlü Babayev Kamran Azər oğlu hadisə yerindəcə keçinib, 1999-cu il təvəllüdlü Quliyev Amal Kamal oğlu (1999) isə xəstəxanada dünyasını dəyişib.

Yaralının – 1996-cı il təvəllüdlü Aydın Bağırlının isə vəziyyəti normaldır.

23.30.

Lənkəranda qəza 1 nəfərin ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran şəhərində, sakinlərin Qalayçılar məhəlləsi adlandırdığı ərazidə “Toyota” markalı avtomobil ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (10)

Pin It

Şərh üçün bağlıdır.