Daxili işlər naziri Vilayət Eyvazov Xaçmaz polisi üçün yeni inzibati bina açılışına getdi… – FOTO

xacmaz-din-131

xacmaz-din-130

Xaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Məlumat verilib ki, tikintisinə ötən ilin oktyabrında başlanmış 4 mərtəbəli inzibati bina ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikaslyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub.

Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-kommunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb, şöbənin həyətində polis əməkdaşları üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Vilayət Eyvazov və tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev növbətçi hissəyə, xidməti otaqlara və digər yardımçı sahələrə baxıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar. DİN rəhbəri görülən işləri yüksək qiymətləndirib, Xaçmaz polisinin fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarkıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunub, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, Xaçmaz RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əminamanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

    Oxunma sayı (3)

Pin It

Şərh üçün bağlıdır.