Şəkidə 31 yaşlı kişinin meyiti tapılıb

Şəkidə 31 yaşlı şəxs mənzilində ölüb.

Regionxeberleri.com-un APA-a istinadən məlumatına görə, rayonun Baş Zəyzid kəndində rayon sakini, 1988-ci il təvəllüdlü Kamran Rəcəb oğlu İsgəndərov yaşadığı evdə yataq otağındakı çarpayının üzərində arvadı Səfa İsgəndəriva tərəfindən ölmüş vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, üzərində heç bir zorakılıq əlamətləri və hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.