Gəncə qəbiristanlıqlarında soyğunçular peyda olub

Gəncə qəbiristanlıqlarında oğurluq halları baş verir. Əsasən qəbir daşlarının üzərindəki aliminum materiallar, gül qabları və şamdanlar oğurlanır. İl ərzində qəbirstanlıqlardan ən az 3 -4 oğurluq faktı qeydə alınıb. İlkin ehtimallara görə, oğurlanan əşyalar alüminium alınan məntəqələrdə satılır.

Vəziyyətə nəzarətin çətinləşməsinin ən başlıca səbəblərindən biri qəbristanlıq ərazilərinin böyük olmasıdır. Misal üçün Gəncənin “İmamzadə” adı ilə tanınan qəbiristanlığın ümumi sahəsi 20 hektardan dan artıqdır. Yəni gözətçilərin bu qədər əraziyə nəzarət etməsi şətindir. Sözügedən qəbristalığın müdiri Rəşid Abbasovun sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Polis nəzarət etsə də, ictimai köməyə ehtiyac böyükdür. Burada hər birimizin əzizi uyuyur. Bu gün mənim yaxınımın qəbirindən edilən oğurluq sabah başqasının yaxının məzarından ediləcək. Ona görə hamımız bir-birimizə kömək olmalıyıq”,- deyə o bildirib.

Analoji vəziyyət şəhərin bir saylı qəbiristanlığında da müşahidə olunur. Müdiriyyət qəbir daşlarının üzərinə qoyulan əşyalara adların yazılmasını və ya hər hansı bir işarənin qoyulmasını təklif edir. Bu halda oğurlanan əşyalar aliminum alınan məntəqələrdə satış üçün yararlı olmaya bilər.

Nazir Quliyev

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.