Türkiyədən İsrailə ağır ittiham

Türkiyənin “Anadolu” dövlət informasiya agentliyinin Qəzza zolağındakı ofisi İsrail hərbçilərinin hücumuna məruz qalıb.

Bu barədə özünün Twitter səhifəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

O, “Anadolu”nun Qəzzadakı ofisinə hücumu İsrail təcavüzünün yeni nümunəsi adlandırıb.

“İsrailin günahsız insanlara qarşı zorakılığı insanlığa qarşı cinayətdir. Tək qalsaq da, Fələstin xalqının işini müdafiə edəcəyik”, – deyə Çavuşoğlu vurğulayıb.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.