Yevlaxda 14 yaşlı qız cücə dərmanı yeyərək ölüb

Yevlaxda 14 yaşlı qız cücə dərmanından zəhərlənərək ölüb.

Oxu.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, rayonun Hacımahmudlu kənd sakin, 2005-ci il təvəllüdlü Ziyafət Elnur qızı İsmayılova yaşadığı evde cücə dərmanını duz bildiyindən yumurtanın üstünə səpərək yeyib.

Bir neçə saatdan sonra yeniyetmənin vəziyyəti pisləşib. Ağır dərəcədə zəhərlənən Ziyafət İsmayılova xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

    Oxunma sayı (11)

Pin It

Şərh üçün bağlıdır.