“MOSKVA” UNİVERMAĞI DAİM XALQINA XİDMƏT EDİR

“MOSKVA” UNİVERMAĞI DAİM XALQINA XİDMƏT EDİR

“MOSKVA” UNİVERMAĞININ SAHİBLƏRİ 15 AİLƏNİ AC QOYUB” başlığı altında 20.03 2019 tarixində bir məqəalə dərc olunmuşdur. Həmin məqalənin oxucuların diqqətinə çatdırılması üçün əsas fərdi sahibkar olan Bağırova Turac Zaman qızının məktubu olmuşdur. Çox təəssüf ki , T. Bağırovanın məktubunda yazılanlar, həqiqətə uyqun olub-olmadığı istiqamətində tərəfinizdən heç-bir jurnalist araşdırması aparılmadan dərc olunmuşdur. Sizə əlbəttə məlumdur ki , jurnalist işi yalnız müraciət edən şəxsin emosiyalarla dolu sözlərini geniş kütləyə çatdırmaqdan , tərəflərin biri -birinə zidd olan fikirlərini dərc etməkdən ibarət deyil. Əgər vətəndaşın müraciətinə əsasən jurnalistin toxunduqu məsələ diqqətə layiqdirsə , o işiqlandırılan konkret problemlə bağlı öz mövqeyini də müəyyənləşdirməlidir. Buna görə də hesab edirik ki , məqalənin sonunda “ Turac Bağırovanın müraciətində səsləndirdiyi iddialarla bağlı “Moskva” Univermağının hazırki sahibləri Anar və Esmira Babayevlərin də mövqeyini işıqlandırmağa hazırıq” sözlərini dərc etməklə kifayətlənmək olmaz . “Moskva “ Ticarət Mərkəzinin rəhbərliyi öz işini dövlətimizin qanunlarına riayyət etməklə şəffaf formada qurur və T. Bağırovanın müraciəti ilə bağlı sorqu edilidyi halda tərəfimizdən sizə tam və həqiqi məlumat verilərdi. Belə halda da , müraciət edənin mənəvi siması barədə sizdə fikir artıq formalaşmış olardı . Ümummilli lider Heydər Əliyevin “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” sözlərini rəhbər tutaraq, “Moskva “ Ticarət Mərkəzi bir çox sahibkarlara öz şəxsi fəaliyyətini həyata keçirmək üçün şərayit yaradır. Həmin sahibkarlardan biri də T. Bağırova olmuşdur. Lakin T. Bağırova son zamanlar müqavilə ilə müəyyənləşdirilmiş öz öhdəliklərini yerinə yetirmədiyinə görə , rəhbərlik onunla bağladığı qeyri-yaşayış sahəsinin icarəsinə dair müqaviləyə xitam verilməsi qərarına gəlmişdir. Bunun səbəbi ondan irəli gəlirdi ki , T. Bağırova icarəyə götürdüyü sahəni nəzarətsiz buraxaraq , un məmulatlarının istehsalını sanitariya normalarına riayət etmədən həyata keçirirdi. Bununla yanaşı sizə məlumdur ki , Azərbaycan Respublikasının Konsitusiyasının 13 maddəsində mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən müdafiə olunması göstərilmişdir. Həmin sahə ticarət mərkəzinə məxsus olduğundan , ondan səmərəli istifadə edərək , insanlara daha yüksək səviyyəli xidmətlərin göstərilməsi və keyfiyyətli malların satılmasını təşkili üçün əsaslı təmir işlərin aparılması qərara alınmışdır. Bununla bağlı qanunlara və bağlanmış müqavilənin şərtlərinə riayyət edərək T. Bağırovaya sahənin könüllü boşaldılması təklif olunmuşdur. Lakin T. Bağırova icarəyə götürdüyü sahəni şəxsi mülkiyyət hesab edərək onu tərk etməkdən qəti imtina etmişdir. Bu səbəbdən biz məhkəməyə müraciət etmək məcburiyyətində olduq . Bunu T. Bağırova öz məktubunda da qeyd edir. Nəticədə məhkəmə qərarına əsasən icra məmuru tərəfindən T. Bağırovanın əmlakına həbs qoyulmuş və həmin əmlak bizə saxlanca verilmişdir. T. Bağırovanın məktubunda bir söz də həqiqətə uyğun deyil. İcra məmuru hal şahidləri ilə birlikdə sahəyə daxil olduqda , dəhşətli bir mənzərənin şahidi olmuşdur. Un məmulatlarının istehsalına uyğunlaşdırılmış sahə icarədar tərəfindən olduqca natəmiz və dağınığ vəziyyətə salınmışdır. Bunu təsdiq edən fotoşəkillər sizə təqdim olunur. T. Bağırovanın əmlakı hal-hazırda bizdə saxlanılır və biz onu qanuni sahibinə qaytarmaqa əlbəttə ki hazırıq. Sahənin T. Bağırova tərəfindən guya artırılması sözləri də həqiqətə uyğun deyil . Dəfələrlə tərəfimizdən ona bildirilmişdir ki , sahədə bizim yazılı icazəmiz olmadan hər hansı işlərin aparılması yolverilməzdir. T. Bağırova buna riayət etmədən orada özbaşına işlər aparmışdır. Bundan əlavə o apardığı işlərin müqabilində bizdən 80 000 manat pul tələb etmişdir. Vəkilimiz tərəfindən ona dəfələrlə izah olunmuşdur ki , bu məsələ ilə bağlı onun məhkəməyə müraciət etmək hüququ vardır. Marağlıdır ki , 2018 ilin sentyabr ayından həmin sahəni nəzarətsiz qoyub getmiş T . Bağırova , naməlum səbəbdən indiyə dək “taptalanmış” hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmir. Yaxşı olardı ki , hörmətli jurnalist bu məsələnin açıqlanması üçün T. Bağırovanın özünə müraciət etsin. Əgər T. Bağırovanın müraciətinə kifayət qədər diqqət yetirilmiş olsa idi, onun sözlərində olan ziddiyyətlə bağlı tərəfinizdən ona sual verilərdi. Belə ki, o bizim əməkdaşlar tərəfindən sahədən məcburi çıxarılması sözləri ilə yanaşı , bizim həmin sahəyə məhkəmə qərar verdikdən sonra icra məmuru ilə birlikdə daxil olmağımızı etiraf edir. Belə halda sual yaranır ki , əgər bizim əməkdaşlar həmin sahədən onu qovaraq sahəni ələ keçirmişdilərsə , niyə biz həmin sahəyə daxil olmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq və həmin sahəyə yalnız icra məmurunun iştirakı ilə daxil olmuşuq ? Bunun səbəbi odur ki , T. Bağırova sahəni bağlayaraq könüllü tərk etmiş , uzun müddət orada heç bir iş aparmamış, sahənin könüllü boşaldılması ilə bağlı tələblərimizi nümayişkaranə nəzərə almamış və bununla bağlı bizim mülkiyyətçi kimi hüquqlarımızı kobud şəkildə pozmuşdur. Nəticədə T. Bağırovanın belə bir hərəkətləri sahədə işləyənlərin işsiz qalmaqla, şirkətə maddi ziyanın vurulmasına gətirmişdir. Buna baxmayaraq bizim addımlarımız qanuna uyqun atılmışdır . Göstərilən halda T. Bağırovanın “ avadanlığımız oğurlanıb” sözləri də təəccüb yaradır. Əmlakın “ oğurlanması “ ilə bağlı jurnalist tərəfindən bir neçə sual verilmiş olsaidi, müəyyən olunardı ki , həmin əmlakın üzərinə həbs qoyulmuş və o əməkdaşlarımıza təhvil verilmişdir. Əlavə olaraq bildirik ki , həbs qoyulma haqqında qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. T. Bağırovanın müraciətində “Moskva “ Ticarət Mərkəzinin rəhbərliyini ləkələyən, bizim şəxsiyyətimizə , şərəf və ləyaqətimizə , işgüzar nüfuzumuza xələl gətirən böhtan xarakterli digər uydurmalar da çoxdur. Bununla bağlı tərəfimizdən müvafiq addımların atılması istisna olunmur. Bizim mövqemizin tam qanuni olması sizə subut olunduğuna ümud edərək, gələckdə hər hansı vətəndaşın müraciətini dərc etməkdən əvvəl , qanun çərçivəsində jurnalist araşdırılmasının məqsədəmüvafiq olduğunu hesab edirik . Belə halda jurnalistləri heç kəs ucuz sensasiya xarakteri olan məqalələrin dərc edilməsində ittiham edə bilməz.

Moskva T.M Q.S.C mətbuat katibliyi

    Oxunma sayı (11)

Pin It

Şərh üçün bağlıdır.