Dövlət Komitəsinin sədri yeni qəsəbədə məcburi köçkünlərlə görüşüb

55520983_801450303563052_3431502720010289152_n

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Abşeron rayonunda məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə olub.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Məcburi köçkünlər əvvəlcə, kollektiv şəkildə, daha sonra fərdi qaydada qəbul edilib. Müraciətlər, əsasən, isti su, təbii qazın verilişi, sərnişin nəqliyyatı və digər məsələlərlə əlaqədar olub. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən məcburi köçkünlərin qaldırdıqları digər məsələlərlə bağlı artıq işlər aparılıb.
Məlumat verilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə ötən il istifadəyə verilmiş bu yaşayış kompleksi 1000 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Müasir tələblər səviyyəsində inşa edilən binalarda mənzillər tam təmirlidir, qəsəbə zəruri infrastrukturla təchiz edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, buraya birinci növbədə Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində qəzalı bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb.
Qeyd edilib ki, mənzillərə təbii qazın tam həcmdə verilməməsi köçürülmənin davam etməsi ilə əlaqədardır. Məcburi köçkün ailələrinin yerləşdirilməsi başa çatdıqdan sonra qəsəbə təbii qazla tam təchiz olunacaq.
Sərnişin nəqliyyatı şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən hazırda müvafiq qurumlara məktub ünvanlanıb və bu məsələ tezliklə həllini tapacaq.
Məcburi köçkünlərin görüşdə qaldırdıqları digər məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

55719289_801450313563051_7295758021118918656_n

56262373_801450323563050_5699678870333030400_n

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.