Qazaxıstanda helikopter qəzası – 13 nəfər həlak oldu

Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb.

Qəzada bütün ekipaj üzvləri həlak olub. Bu barədə ölkə prezidenti Kasım Jomart Tokayev öz Twitter hesabında məlumat yayıb.

RİA Novosti-nin məlumatına görə,hadisə bu gün səhər saatlarında Qazaxıstanın Qızıl Orda rayonunda baş verib. Mİ-8 markalı hərbi helikopter yerə çırpılıb və tamamilə yanıb.

Helikopterdə olan 13 hərbçinin hamısı həlak olub. Onların hərbi təlim məqsədiylə havaya qalxdığı bildirilir.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.