Sürücü “rolik”li xanımla təhlükəli vəziyyət yaratdı – Açıqlama (Video)

Xanım diyircəkli ayaqqabıda maşından yapışdı, sürücü isə nəqliyyat vasitəsini bu şəkildə idarə etdi.
Sözügedən görüntülər Kəpəz rayonunun Hacıkənd qəsəbəsində qeydə alınıb. Yayılan görüntülər isə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, bu hadisə yol hərəkəti qaydalarının pozuntusu halıdır və baş verəbiləcək bədbəxt hadisəyə görə sürücü məsuliyyət daşıyır:

“Yol hərəkəti qaydaları pozulur. Minik avtomobilinin sürücüsü ən pis halda sərnişindaşıma qaydalarını pozub. Bu xətaya görə 40 manat cərimə nəzərdə tutulub. İkinci bir tərəfdən sərnişin də təhlükəli olduğunu başa düşməlidir. O dar yollarda ciddi xəsarət ala bilərdi, hansısa maniyə ilə maşın arasında qala bilərdi, əli avtomobildən sürüşüb uçurumdan yuvarlana da bilər, özü maşının altında qala bilər. Baş verə biləcək bütün bədbəxt hadisələrə görə də məsuliyyəti sürücü daşıyır.

Arxa tərəfdən olsaydı əsaslandıra bilərdi ki, xəbərim olmayıb arxadan yapşıb, lakin sürücü açıq-aydın şəkildə bundan xəbərdardı və bilərəkdən bunu edir”.

Sözügedən görüntüləri oxucularımıza təqdim edirik:

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.