Daxili orqanında narkotik maddə keçirmək istəyən Lənkəran sakini öldü

Gömrük məntəqəsindən narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.

Hadisə Astara Sərhəd Gömrük Keçid Məntəqəsində qeydə alınıb.

Oxu.Az-ın Cənub bürosunun məlumatına görə, İrandan Azərbaycana qayıdan Lənkəran rayon Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Qabil İsmayıl oğlu Bağırovun səhhəti qəfil pisləşib.

Q.Bağırov Astara sərhəd-buraxılış məntəqəsindən keçərkən narkotik vasitəni daxili orqanında gizlədərək gömrük nəzarətindən yayınmaq istəyib. Lakin narkotik vasitə orqanizmə nüfuz etdiyindən ölümə səbəb olub.

Q.Bağırovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.