ADU-nin tələbələri Agdam 1 saylı köckun tam orta məktəbdə təcrubədə. FOTO-FAQT

Ömür yadda qalan günlərin sayı ilə ölçülür!
Ağdamın dahi oğlu Xudu Məmmədovun bu sözlərini oxuyanda hal-hazırda pedaqoji təcrübə keçdiyimiz, hər anı sevgi, məhəbbət qoxan Ağdam 1 saylı məcburi köçkün məktəbində keçirdiyimiz günləri düşünürəm.Keçən ildən başlayaraq Azərbaycan Dillər Universitetinin rektoru, professor, akademik Kamal Abdullayev bir layihə başladıb. Layihənin məqsədi pedaqoji təcürbə keçmək üçün bir aylıq tələbələrin fərdi rayonlarda qəsəbə və kəndlərdə yerləşən məcburi köçkün məktəblərinə göndərilməsindən ibarətdir.
Tələbələrin bu lahiyə daxilində şagirdlərlə qurduğu əməkdaşlıq, münasibəti onların hər birinin yaddaşında silinməz izlər qoyur. Bu layihə sayəsində tələbələr əsl müəllim kimi formalaşır və müxtəlif metod və üsullarla dərs keçməyə çalışırlar. Elə məhz biz də gəldiyimiz ilk gündən istər iştirak etdiyimiz dərslərlə,istər də hazırladığımız tədbirlərlə bu layihəyə öz dəstəyimizi verməyə çalışırıq. Hazırlanan tədbirlər həm universitetimizin tanıdılması,həm də şagirdlərin dünya görüşümüzün inkişaf etdirilməsi üçün təşkil olunur.
İlk tədbirimiz ADU-nun linqvokulturologiya kafedrasının, ikincisi isə “Xarici dillərin tədrisi metodikası” kafedrasının əməkdaşlarının iştirakı ilə keçirilib. Bu tədbirlərin ilk Hüseyn Cavid yaradıcılığına,ikincisi isə “Ana dili” gününə həsr olunmuşdur.
Sonuncu tədbirimiz 7 mart tarixində “Çinə məhəbbətlə” devzi altında keçirildi.Bu tədbirdə ADU-nun “bir günlük xəlifə” layihəsi ilə universiteti idarə edən tələbələr-xəlifələr iştirak etdi. Tədbiri metodistimiz Akif Qasımov açıq elan edərək Çinin tarixindən,ixtiralarından, siyasi-iqtisadi vəziyyətindən söhbət açdı. Ardından məktəbin direktoru Çimnaz Kərimova gələn qonaqları və şagirdləri salamlayaraq,ADU-nun tələbələrinin məktəbdə təcürbə keçirməsindən məmnun olduğunu və gələn tələbələrin məktəbin abu-havasını müsbət mənada dəyişdirdiklərini vurğuladı. Həmçinin, Çimnaz xanım universitetimizlə olan əməkdaşlıqdan son dərəcə məmnun olduğunu qeyd edərək rektorumuz Kamal Abdullayevə öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə məcburi köçkünlər komtəsinin sədri Yunis Məmmədov, məcburi köçkünlərin yaşaması üçün tikilən evlər idarəsinin müdiri Surxay Hüseynov və təhsil şöbəsinin əməkdaşı Züleyxa Haqverdiyeva da iştirak edirdi.
Tədbirin gedişində danışılan mövzu ilə əlaqədar şagirdlərə suallar yönədildi və fəal olan şagirdlərə hədiyyələr verildi.Bu hədiyyələr universitetimizin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitundan göndərilmişdir.
Tədbirin sonunda Çimnaz xanım çıxış edərək gələn qonaqlara bir daha öz dərin təşəkkürlərini bildirdi və belə tədbirlərin mütəmadi olmağını arzuladı.
Biz də onun bu sözündən qüvvət olaraq martın 14-də Nəsiminin 650 illik yubleynə həsr olunmuş tədbir keçirməyi qərara aldıq.Ümüd edirik ki,təcürbə keçdiyimiz bu bir ay ərzində məktəbin müəllimi və şagird kollektivinin xatirəsində unudulmaz bir iz qoymağa müvəffəq ola bilərik.
Tədbirin təşkilatcısı.

ADU-nun təcürbəçi tələbəsi: Mirzəli Röya

DSC_0538

DSC_0457

DSC_0484

DSC_0537

Dərcetdi İntiqam Elman oğlu

    Oxunma sayı (338)

Pin It

Şərh üçün bağlıdır.