Vidadi İsayevi mətbuatın hədəfinə gətirən işçisi kimdir: Başçı ilə mədəniyyət şefi niyə dalaşmışdı?

Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev mütəmadi olaraq yerli medianın hədəfindfə olub. Böyük bir rayona rəhbərlik edən şəxs kimi medianın Vidadi İsayevə bu marağı bəlkə də təbii qəbul oluna bilərdi, axı yerlərdə hökm sürən qanunsuzluq və özbaşınalıq, xırda məmurların vətəndaşlara saymazyana münasibəti haqlı olaraq narazılıq yaradır, həmin narazılıqlar isə zaman-zaman mediada əksini tapır. Bu baxımdan Bərdə rayonunda da vəziyyət ürəkaçan deyil, Vidadi İsayevin yarıtmaz idarəçiliyindən qaynaqlanan problemlər durmadam artır. Bununla belə, Bərdə RİH başçısının medianın dilindən düşməməsində təbii faktorlarla yanaşı hansısa qərəz, məqsədli şəkildə informasiyaların sızdırılması diqqətlərdən yayınmır.

1551767871_2

Bununla bağlı Savash.org-a verilən məlumatlarda bildirilir ki, Vidadi İsayevin hədəfə gətirilməsində xüsusi marağı olan qüvvələr var. Qonşu rayonların birinin rəhbəri ilə az qala düşmən münasibətdə olan Vidadi İsayevin mətbuatda “vurulması”nı təkcə bu faktla bağlamağın düzgün olmadığını bildirən mənbəmiz onun tabeçiliyindəki məmurlar tərəfindən də hədəfə gətirildiyini söyləyir:
“Düzdür, Vidadi İsayev əsas olaraq adını çəkmək istəmədiyim qonşu rayonların birində çalışan həmkarından şübhələnir. Onun bu iddiada yanıldığını iddia etmədən yalnız onu əlavə edirəm ki, elə Bərdənin özündə də başçının əleyhinə fəaliyyət göstərən vəzifəli şəxslər var. Onlardan ən təhlükəlisi isə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyevdir.”

İlyas Hacıyevin əslən Bərdədən olduğunu bildirən mənbəmiz onun icra başçısı ilə çoxdandır, yola getmədiyini iddia edir: “Bu gərgin münasibətlər bir müddət öncə Bərdə Mədəniyyət Evinin tikintisi ilə bağlı yaranmış konfliktlə daha da dərinləşib. Belə ki, tikintinin son durumu ilə bağlı əraziyə təşrif buyuran icra başçısı işlərin gedişatından narazı qalıb və bu tərəflər arasında əvvəlcə söz davasına çevrilib, ardınca isə icra başçısı Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyevin üzərinə yeriyib və qarşıdurma yaşanıb. Bundan sonra isə tərəflər arasında səssiz müharibəyə start verilib”.

Savash.org-un əldə etdiyi məlumata görə, İlyas Hacıyevin mediaya çıxış imkanları yüksək səviyyədədir, onun bəzi media orqanlarına qeyri-rəsmi havadarlıq etməsi də daxil olan informasiyalar arasındadır. Mənbəmiz iddia edir ki, bu üstünlüyündən maksimum yararlanmağı bacaran İlyas Hacıyev üzdə özünü Vidadi İsayevə sadiq göstərsə də media vasitəsilə onun əleyhinə fəaliyyət göstərir. Bunun necə reallaşdırılması, eləcə də yuxarıda xatırladıb üzərindən keçdiyimiz davanın təfərrüatları haqda növbəti yazımızda daha ətraflı bəhs edəcəyik.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandrmağa hazırıq!
Teref.az

    Oxunma sayı (124)

Pin It

Şərh üçün bağlıdır.