Ağdam sakinini Bərdədə ağır yaraladılar

Vüsal İsmayılova başından dəmirlə ağır xəsarət yetirilib Bərdənin mal bazarında ağır bədən xəsarətinə səbəb olan hadisə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün Ağdam rayon sakini Vüsal İsmayılov Bərdənin mal bazarında iki nəfərin hücumuna məruz qalıb. Ona başından dəmirlə ağır zərbə endirilib. Zərərçəkmişi Bərdə rayon Mərkəzi Xəstaxanasına çatdırsalar da, həkimlər tərəfindən onun vəziyyəti ağır qiymətləndirilib və o, Gəncəyə göndərilib. Vüsal İsmayılovun dayısı, Ağdam Dövlət Dram Teatrının aktyoru Kərim Xançoban Vüsalın məruz qaldığı hücumun səbəbindən məlumatlı olmadığını bildirib. Hazırda bacısı oğlunun Gəncə Xəstəxanasına yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu, koma durumuna düşdüyünü deyib.

Faktla bağlı araşdırma aparılır

    Oxunma sayı (25)

Pin It

Şərh üçün bağlıdır.