Ucarda ŞOK HADİSƏ: 3 nəfər özünü binadan atmaq istədi

Ucarda intihara cəhd edilib.
Hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər.
Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.
Faktla bağlı araşdırmalara başlanılıb./report

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.