“Xocalı laylası” — Afaq Bəşirqızıdan layihə (VİDEO)

Xalq artisti, Şöhrət ordenli Afaq Bəşirqızı İctimai Televiziya ilə (İTV) birgə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən layihəyə imza atıb.
“Ölkə.Az” xəbər verir ki, ssenarisi sənətkarın özünə məxsus “Xocalı laylası” adlı layihə Şəhidlər Xiyabanında lentə alınıb.

Videoçarxın rejissoru İngiltərənin M”atrix” film kinostudiyasında təhsil almış, təcrübəsini İstanbulda keçmiş və hazırda Azərbaycanda fəaliyyət göstərən Selcan Nəcəfovadır. Operator Samir Musayevdir.

Layihə bu gün İTV-nin tamaşaçılarına nümayiş olunub. Burada A.Bəşirqızı tariximizin qanlı, ağır günlərindən birini özündə əks etdirən naməlum şəhid məzarı ilə söhbət edir.

    Oxunma sayı (13)

Pin It

Şərh üçün bağlıdır.