Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Ölkə.Az” ONA-ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov isə təqaüdə göndərilib.

Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Ölkə.Az

    Oxunma sayı (25)

Pin It

Şərh üçün bağlıdır.