Ronaldulu “Yuventus”u Madriddə məğlub etdilər – VİDEO

UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə “Atletiko” İtaliya çempionu “Yuventus”u məğlub edib.

Uruqvaylı mərkəz müdafiəçiləri – Xose Ximenez və Dyeqo Qodinin qolları İspaniya klubuna 2:0 qələbə qazandırıb.

Bununla da Kriştyanu Ronaldunun vaxtı ilə oynadığı Madridə qayıdışı uğursuz alınıb.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.