YELMAR HƏSƏNOV DÖVLƏT RÜSUMUNU NİYƏ QALDIRIB? – 650 MANAT

32 -222 nömrəsi 1100 manata satılır

öYelmar Həsənov uzun illərdir ki, Yevlkax rayon RQİ və TBŞ-də dövlət avtomobili müfəttişi vəzifəsində işləyir. Daim adı rüşvət qalmaqalında hallanan polis kapitanıdır.

Hazırda Yevlax rayonlararası qeydiyyat-imtahan şöbəsində şıdırığı nömrə alverinin getdiyini vurğulayan məlumatlı şəxsin iddiasına görə Yelmar Həsənov nömrələri öz qiymətlərindən qat-qat baha satır. Bu arada, onu da qeyd edim Yelmar Həsənov arxalı və imkanlı şəxslərdəndir. Belə ki, Yelmar Həsənovun yaxın qohumlarının əksəriyyəti hüquq-mühafizə orqanları sistemində çalışır
Y.Həsənov dövlət qiyməti 500 manat olan 32-222 nömrəsini 1100 manata satıb. Bu da nömrənin qiymətindən 600 manat artıqdır. Qanunsuzluqlar bununlada bitmir. Əgər motorun nömrəsi və yaxud maşının ban nömrəsi silinib və ya dəyişdirilibsə deməli həmin məsəlkə ilə bağlı təhqiqata müraciyət edilməlidir. Təhqiqatda bu məsələni araşdırmalı, həmin nömrənin silinmə səbəbini, hansı sexdə dəyişdirilməsi və həmin şəıxsləırin izahatları alınmalıdır. Sonda isə təhqiqat qrupu bu barədə qərar qəbul olnumalı və həmin qəbul edilmiş qərarın bir surətidə prokurora təqdim edilməlidir.

Ancaq Yelmar Həsənov bir günün içində 800-900 manat alaraq avtomobili sənədləşdirir, istər ban, istərsədə motor nömrəsini silinmiş və ya nömrəsiz yazır. Onun bakıdakı (polis serjantı) adamı isə bu sənədləri mərkəzdən alaraq Yelmara göndərir. Bütün bu proseslkər whatsappla həyata keçirilir.

Yelmar Həsənovun qanunsuz əməlləri bununlada bitmir. Belə ki, Kamaz markalı avtomobilində satışında qanunsuzluqlara yol verib. Bu barədədə məlumat verəcəyik. Bu polis kapitanının əməllərini aidiyyatı qrumlar araşdırmalı və ciddi tədbirlər görməlidir.

P.S. Polis kapitanı olan Yelmar Həsənovun 100 minlərlə dəyəri olan əmlakları barədə xia.az-a etibarlı mənbələrdən məlumat verilib. Belə ki, kapitana məxsus Yevlax rayonu ərazisində böyük bir restoran fəaliyyət göstərir. Qarabağ kanalının ətrafında isə bir neçə yatağı olduğu iddia edilir. Onun bu qədər sərvətə sahib olmasına səbəb odur ki, bu şəxs 20 ilə yaxındır ki, RQİ və TBŞ-də işləyir və həmin şöbədə vətəndaşlarıdan dövlət rüsumundan arytıq pul alır. Alınan artıq pullarıla özünə mülk əldə edirb. Bununlada bağlı məlumat verəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq

Xia.az

    Oxunma sayı (42)

Pin It

Şərh üçün bağlıdır.