Minik maşını traktorla toqquşdu: sürücü ÖLDÜ

Ağdaş rayonun “qara bazar” adlanan ərazisində ağır yol qəzası baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, “VAZ-21011” markalı minik maşını taraktorla toqquşub.
Hadisə nəticəsində şəxsiyyəti hələ ki, məlum olmayan Həmid Azəri adlı yaşlı sürücü ağır xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, daxili qanaxma keçirən sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (12)

Pin It

Şərh üçün bağlıdır.