Rusiyada kriminal avtoritet saxlanıldı

Moskvaətrafında kriminal avtoritet saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva əyaləti üzrə mətbuat xidmətinin rəhbəri Tatyana Petrova məlumat yayıb. Onun sözlərinə görə, Karqino kəndinin “Racik Nijnevartovski” kimi tanınan 48 yaşlı sakini evinin yaxınlığında avtomobilində 4 qramdan çox heroinlə tutulub. Bundan başqa Racik Moskva regionu üzrə kriminal biznesdən maliyyə axınının paylaşdırılması üçün cinayətkar liderlər tərəfindən idarə olunan “oğru yığıncaqları” təşkil etməyi planlaşdırıb.

Kriminal avtoriteti 15 ilədək həbs gözləyir.

    Oxunma sayı (16)

Pin It

Şərh üçün bağlıdır.