Qanunsuz ov edən saxlanılıb

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd “Bəzgək” quşu aşkar edilərək götürülüb. Araşdırma aparılır.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.