Sumqayıtda məktəb binasında yanğın

Sumqayıtda məktəb binasında yanğın baş verib.
“Ölkə.Az” xəbər verir ki,Sumqayıt şəhərində orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın giriş qapısı, sahəsi 30 kv metr olan sinif otağında kitab şkafı və içərisinə yığılmış əşyalar dəhlizdə 2 ədəd stul yanaraq yararsız hala düşüb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısını alaraq, binanın qalan hissəsi yanğından mühafizə ediblər. Hadisənin dəqiq səbəbləri araşdırılır.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.