İspaniyada qatar qəzası: ölən və yaralılar var – VİDEO

İspaniyada iki sərnişin qatarı toqquşub.

La Vanguardia portalının məlumatına görə, hadisə dəmir yolunun San-Visente-de-Kastelyetlə Barselonanın Monres bölgəsi arasındakı hissəsində baş verib.

Qəza nəticəsində bir nəfər ölüb, 97 nəfər yaralanıb. Onlardan 76 nəfərin xəsarəti ağır deyil.

Bildirilir ki, toqquşmadan sonra qatarlardan biri relsdən çıxıb.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.