Ağdam sakini tapdığı pulemyotu polisə təhvil verdi

Ağdam sakini tapdığı odlu silahı darağ və güllələri ilə polisə təhvil verib.
“Ölkə.Az” xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verıb.

Həmin silahdan hansısa bir cinayətdə istifadə olunub olunmaması araşdırılır.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.