Nişanlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

Bu gün Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Bu barədə Oxu.Az-a F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.

O deyib ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Piriyevin təqsiri məhkəmədə sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, hadisə ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin bölüyünün polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş “Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib.

Məlum olub ki, G.İbrahimova hadisədən bir müddət əvvəl nişanlanıbmış.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.