Bərdədə məktəb binasında yanğın olub – FOTO

download

22 Yanvar, 2019 21:32 xeber – Bərdə rayonunda məktəb binasında yanğın olub.”Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Uğurbəyli kəndində qeydə alınıb. Hadisə zamanı məktəb binasında müvəqqəti məskunlaşan Ağdamdan olan məcburi köçkün Cahangir Vəliyevin otağı yanaraq külə dönüb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində qısaqapanma olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alov ram edilərək, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.Daha əvvəl polis Bərdədə reyd keçirib, azyaşlılara tütün məmulatları və spirtli içkilər satanlar aşkarlanıb.

    Oxunma sayı (55)

Pin It

Şərh üçün bağlıdır.