Qanunvericilikdə yoxdur, amma yolda belə nişan var – Video

Bakıda yol nişanı sürücüləri çaş-baş salıb.
Nişan yol hərəkəti üzrə qanunvericilkdə yoxdur, amma uzun illərdir ki, hərəkət yolda bu nişanla tənzimlənir.

Sözügedən yoldan istifadə edən sürcülər də nişanın qanunvericiliyə uyğun olmadığını bilirlər, amma olduğu kimi əməl edirlər.

Bizimyol.info-un Xəzər xəbər-ə istinadən məlumatına görə, söhbət Cavanşir körpüsünün altından körpünün üzərinə və Yusif Səfərov istiqamətinə gedən yoldan gedir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qanunvericilikdə qeyd olunmayan bu nişan istənilən halda sürücülərdə çaşqınlıq yarada bilər. Amma bu nişana görə heç bir sürücü cərimə edilə bilməz.

Ərşad Hüseynov onu da bildirib ki, sözügedən ərazidə hərəkət mütləq qanunvericiliyə uyğun şəkildə nizamlanmalıdır.

Məsələylə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin nişan həqiqətən də Yol Hərəkəti haqqında Qanunda yoxdur. Sadəcə vəziyyətə uyğun olaraq yol çəkilərkən aidiyyəti qurum tərəfindən qoyulub və bu da sürücüləri çaşdırmamalıdır. Ərazidəki nişan məlumatverici nişan kimi qəbul edilə bilər və buna görə hər hansı sürücünün cərimələnməsindən söhbət belə gedə bilməz.

Vaqif Əsədov onu da qeyd edib ki, bu sujetdən sonra məsələylə bağlı aidiyyəti üzrə qərar qəbul edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

    Oxunma sayı (10)

Pin It

Şərh üçün bağlıdır.