YEVLAX “QAİ” LƏRİ BƏRDƏLİLƏRİ YEVLAXDAN DİDƏRGİN SALIBLAR

Yevlax şəhər Yol Patrul Xidməti bölməsinin bəzi inspektorları qonşu rayon sakinlərinə düşmən ölkənin vətəndaşları kimi baxırlar. Belə ki, mən Çapay Qəzənfər oğlu Sadıqlı Yevlax şəhərindən on-on iki kilometr məsafədə yerləşən Bərdə rayon Samux kəndində yaşayıram.Özümə məxsus minik maşınımla Yevlax şəhərinə tez-tez gedirəm.
Yevlax şəhər YPX-yə məxsus 603 seriyalı xidməti maşınla hərəkət edən yol polis əməkdaşları məni tez-tez saxlayıb, lüzumsuz yerə, sənədlərimi yoxlayır və məni incidirlər. Mənə deyirlər ki, müəllim Yevlağa bu qədər gəlib-gedirsən heç bizə görüm- baxım etmirsən. Mən onlara dedim ki, sizə nə görüm-baxım etməliyəm, Yexlağa girdiyimə görə, kiməsə, nəyəsə haqq ödəməliyəmsə, deyin bilim. Məni daha çox incidən`Yevlax şəhər YPX inspektoru Xəlilov Çingizdir. Əslində mən bu inspektor cənabın səsini yaza bilərdim..videosunu çəkə bilərdim.. Və yenədə istənilən vaxt çəkə bilərəm.
Mən cənab Ramiz Zeynalova üzümü tutub deyirəm ki, bir az da əyalətlərə diqqət yetirsin. Əyalətlərdə vəziyyət get-gedə dözülməz həddə çatır. Uzun illər xalq arasında qazandığınız hörmətinizi bu yenicə “”PARLAYAN””rayon QAİ ləri”nin tökməsinə yol verməyin. Mən sadə müəlliməm..heç kimin işdən çıxmasını istəmirəm.. ancaq insanlara hörmətlə yanaşılmasını istəyirəm.
Redaksiyadan: Ümid edirik Cənab Ramiz müəllim inspektor Xəlilova ziyalılarla necə rəftar etməyi öyrənməyi tövsiyyə edəcək. ÇAPAY SADIQLI. BƏRDƏ.

    Oxunma sayı (26)

Pin It

Şərh üçün bağlıdır.