Enerji içkiləri ilə bağlı xəbərdarlıq – VİDEO

Dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən enerji içkiləri, əslində insanın təbii enerjisini alır. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib.

Qurumun tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Aysel Cəlilova bildirir ki, gün ərzində normadan artıq enerji içkisi qəbul etmək olmaz. Bu, orqanizmdə kofein miqdarını artırması səbəbindən olduqca təhlükəlidir.

Aysel Cəlilova deyir ki, enerji içkilərinin tərkibinə əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bununla belə, 18 yaşına çatmamış yeniyetmələr, hamilə qadınlar, süd verən analar, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər belə içkilərdən uzaq durmalıdırlar. Digər tərəfdən istehlakçıların enerji içkiləri alarkən bəzi məqamlara diqqət yetirməsi də vacib şərtlərdəndir.

Qeyd edək ki, artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib.

    Oxunma sayı (13)

Pin It

Şərh üçün bağlıdır.