DİN-dən rəislərin işdən çıxarılması xəbərinə – MÜNASİBƏT + YENİLƏNİB

Bakının dörd rayonunun polis rəisləri işdən çıxarılmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən belə bir əmr imzalanmayıb.

08.01.2019 17:11

Bakının dörd rayonunun polis rəisi işdən çıxarılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.

    Oxunma sayı (13)

Pin It

Şərh üçün bağlıdır.