Bərdə rayon məhkəməsinin ədalətsizliyi.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə.
Surəti: Ali Məhkəmənin sədri Fikrət Məmmədova
Surəti: Bərdə Rayon Məhkəməsinin sədrinə
Bərdə rayon 588 mənzilli yeni qəsəbədə, bina 1,mənzil 31-də məskunlaşmış Xocallı
rayonundan məcburi köçkün, II qru Qarabağ əlili Türbəndəyev Elman Yaqub oğlu tərəfindən

Ə R İ Z Ə

Cənab Prezident! Təxminən 2 il bundan əvvəl Bərdə şəhərində, Bakı küçəsində Nəsirov Duman Nağdalı oğlu arvadına məxsus olan minik avtomobillə mənim oğluma məxsus minik maşınını vurmuşdur.
Bərdə Rayon Məhkəməsinin 2(021)-5285/2017 saylı 01.dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən tələbkar Nəsirov Duman Nağdalı oğlundan 300 manat pul və rəy alınması üçün ödənilmiş 18 manat alınaraq iddiaçı Türbəndiyev İntiqam Elman oğluna verilməsi qət edilmişdir.
Cənab Prezident! Məhkəmənin qərardadından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq oğluma vurulmuş zərər ödənilməmişdir.Bu azmış kimi 1 ildən sonra Bərdə rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli oğlum Türbəndiyev İntiqama bildiriş göndərmədən, oğlumun xəbəri olmadan 30 noyabr 2018-ci il tarixdə 8(021)-741/2018 saylı qərardad çıxararaq hissə-hissə, hər ay 50 manat olmaqla ödənişə qərar vermişdir.
Cənab Prezident! Biz hakim Seyfullayevə öz etirazımızı bildirərkən, Seyfullayevin mənə cavabı çox qısa və konkret oldu: “onu mənə yuxarıdan tapşırıblar”.
Cənab Prezident! II qrup Qarabağ əlili kimi yazaraq sizdən xahiş edirəm: Bərdə rayon məhkəməsi tərəfindən oğlum İntiqama bildirişin göndərilib-göndərilməməsini və hakim Seyfullayevin bildiriş göndərilmədən, heç bir məlumat vermədən özbaşına qərar qəbul etməsinin araşdırılmasına və müvafiq qaydaları pozduğu üçün hakim Seyfullayevin cəzalandırılmağına göstəriş verəsiniz.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq
Dərc etdi Elmar Nuru oğlu.

    Oxunma sayı (71)

Pin It

Şərh üçün bağlıdır.