Eyvanda asılmış qadın meyiti tapıldı

Xırdalanda intihar hadisəsi baş verib.

Regionxeberleri.com xəbər ki, hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə “Gənclər” şəhərciyində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki boş məzillərdən birinin eyvanında asılmış qadın meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Araşdırmalar zamanı özünü asan qadının elə həmin binanın sakini Kəmalə Məmmədova olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.