Yevlaxda ağır qəza: Xəsarət alanlar var

Yevlax rayonunda yük və minik avtomobilləri toqquşub.

Hadisə rayonun Xaldan qəsəbəsində, yolun Ağdaş rayonu istiqamətinə dönən hissəsində baş verib.

Belə ki, “Qazel” markalı yük maşını “VAZ 21099” markalı minik avtomobilinə çırpılıb. Minik maşını qismən yük maşının altına düşüb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.