İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
“Ölkə.Az”ın məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram.

    Oxunma sayı (14)

Pin It

Şərh üçün bağlıdır.