Gələn il Günəş və Ay beş dəfə tutulacaq

2019-cu ildə 3 Günəş və 2 Ay tutulması baş verəcək. Sputnik Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, günəş tutulmaları qismən, tam, həlqəvari baş verəcək. İlk qismən tutulma yanvarın 6 –da saat 03.34 –də baş verəcək və 07.49-a qədər davam edəcək. Tutulma şimal-şərqi Asiya, Sakit Okenın şimal hissəsi, Vladivostok, İrkutsk, Maqadan, Ulan bator, Pekin və s. müaşhidə ediləcək.

İkinci tam günəş tutulması 02-03 iyul yerli saatla 20.55 də baş verəcək və 01.50-yə qədər davam edəcək.

Tutulma Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Tam tutulma Çili, Argentina Və Sakit oken cənubunda müşahidə ediləcək.

Üçüncü həlqəvari tutulma isə 2019-cu il dekabrın 26-da saat 06.30 –da baş verəcək və 12.06 –ya qədər davam edəcək. Bu əsasən Asiya- Avstraliya, Səudiyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda görüləcək.

Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq.

2019-cu ildə iki ay tutulması baş verəcək. Bu tutulmalar

Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Bunlardan biri tam tutulma 21 yanvarda 07.34 –də başlyıb 10.51-ə qədər davam edəcək. Tam tutulma 1 saat 2 dəq. çəkəcək. Mərkəzi sakit okean, Amerika, Afrika, Avropada müşahidə olunacaq.

Ayın qismən tutulması isə iyulun 17-də saat 00.03-də başlayıb 02.59-a qədər dvaam edəcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq. Cənubi Amerika, Avropa, Afrika, Asia, Avstraliya görünəcək.

    Oxunma sayı (0)

Pin It

Şərh üçün bağlıdır.