Saakaşvili xalqı mitinqə çağırdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili prezident seçkilərinin nəticələrini qəbul etməyərək xalqı kütləvi etiraz aksiyasına çağırıb.
Saakaşvili “Rustavi-2” kanalına müsahibəsində bunları deyib:

“Biz bu seçkiləri qəbul etmirik. Mən sabahdan etibarən Gürcüstanın bütün vətəndaşlarını hakimiyyətə kütləvi itaətsizliyə çağırıram. Gürcü polisini isə xalqın tərəfində durmağa səsləyirəm”.

Qeyd edək ki, “exit-poll”un nəticələrinə görə, Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda liderdir. (Qafqazinfo.az)

    Oxunma sayı (11)

Pin It

Şərh üçün bağlıdır.